Sumqayıtda gənc oğlan idman zalında vəfat etdi

30-10-2025, 10:18           
Sumqayıtda gənc oğlan idman zalında vəfat etdi
Sumqayıtda 21 yaşlı gənc idman zalında vəfat edib.

Hurriyyet.az “Sumqayit24.az”a istinadən xəbər verir ki, 2004-cü il təvəllüdlü Eyvazov Adil Emin oğlu 6-cı mikrorayon ərazisində yerləşən idman zalında məşq edərkən qəfil halı pisləşib.

Hadisə yerinə çağırılan təcili tibbi yardım briqadası gəncin həyatını xilas edə bilməyib.

Mərhumun taekvondo idman növü ilə məşğul olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru