Rusiyada itkin düşən azərbaycanlı iş adamı ölü tapılıb - TƏFƏRRÜAT

30-10-2025, 12:36           
Rusiyada itkin düşən azərbaycanlı iş adamı ölü tapılıb - TƏFƏRRÜAT
Rusiyanın Sverdlovsk vilayətində itkin düşmüş azərbaycanlı iş adamı İlqar Xanadanov ölü tapılıb.

APA-nın Rusiya bürosu yerli KİV-ə istinadən xəbər verir ki,49 yaşlı iş adamı 24 oktyabrda Zareçnı şəhərində yoxa çıxıb. Beş günlük axtarışdan sonra ailəsinə onun meyitinin tapıldığı bildirilib.

"Artıq bunun qətl olduğu təsdiqlənib və iş üzrə araşdırma aparılır. Vida mərasimi Zareçnıda keçiriləcək, daha sonra meyit Azərbaycana aparılacaq. Ərimi doğmalarının yanında dəfn edəcəyik", - deyə iş adamının həyat yoldaşı Tatyana bildirib.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru