BYD-nin xalis mənfəəti 30%-dən çox azaldı - TƏNƏZZÜL

31-10-2025, 10:24           
BYD-nin xalis mənfəəti 30%-dən çox azaldı - TƏNƏZZÜL
Çinin BYD avtomobil nəhəngi cari ilin ilk doqquz ayının nəticələrini yekunlaşdırıb.
TEREF Oxu.az-a istinadla xəbər verir ki, nəticələr ürəkaçan olmayıb. Hesabat dövründə şirkətin ümumi gəlirinin 12.75% artaraq sanballı 566.27 milyard yuan (135.6 milyard manat) həddinə çatmasına baxmayaraq, xalis mənfəət xeyli azalaraq ümumən 23.33 milyard yuan (5.59 milyard manat) təşkil edib ki, bu da keçən ilin eyni dövrü ilə müqayisədə 7.55% azdır.
Tənəzzül xüsusilə üçüncü rübdə qeydə alınıb: BYD şirkətinin xalis mənfəəti birdən-birə 30%-dən çox azalaraq 7.82 milyard yuana (1.87 milyard manat) düşüb, bu rüb ərzində gəlir isə 3.05% azalaraq 195 milyard yuan (46.7 milyard manat) səviyyəsində qərarlaşıb.
Şirkətin əsas istiqamətləri - elektromobillərin və hibridlərin (NEV) satışı da çətinliklərlə üzləşib. Üçüncü rübdə 1 114 192 belə avtomobil satılıb ki, bu da keçən illə müqayisədə 1.82% azdır. Bu göstərici əvvəlki rüblə müqayisədə 2.7% azalıb. Beləliklə, ümumi gəlirin artmasına baxmayaraq, Çin şirkəti mənfəətin, habelə ekoloji cəhətdən təmiz modellərə tələbatın azalması ilə üzləşib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru