Moskvada miqrantlar üçün patent haqqı artıb

2-11-2025, 00:02           
Moskvada miqrantlar üçün patent haqqı artıb
Rusiyanın paytaxtı Moskva şəhərində miqrant iş icazəsi dərəcələri 2026-cı ildə 8 900 rubldan 10 000 rubla qədər bahalaşacaq.

Müvafiq qərarı Moskva Şəhər Dumasının deputatları növbədənkənar plenar iclasda qəbul ediblər.

Vergitutma sahəsində bəzi Moskva qanunlarına dəyişikliklər edilməsi haqqında qanun layihəsinin izahat qeydində deyilir: "2025-ci ildə Moskvada əmək bazarının regional xüsusiyyətlərini əks etdirən əmsal 2,8592, patentin dəyəri isə 8,9 min rubl müəyyən edilib. Əməkçi miqrantlar tərəfindən ənənəvi olaraq tələb olunan sənaye sahələrində orta əmək haqqının artımını nəzərə alaraq, göstərilən regional əmsalın 2026-cı ildə 2,9323 səviyyəsində müəyyən edilməsi təklif olunur, nəticədə patentin dəyəri ayda 10 000 rubla qədər artacaqdır".

Qeyd olunub ki, təsdiq edilən sənəd paytaxtın vergi qanunvericiliyinin təkmilləşdirilməsinə və federal qanunvericiliyə uyğunlaşdırılmasına yönəlib.(report)












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru