Rusiya sərhədində 250 kiloqramlıq bomba tapıldı

3-11-2025, 09:14           
Rusiya sərhədində 250 kiloqramlıq bomba tapıldı
Estoniyada Rusiya sərhədi yaxınlığında təsadüfən 250 kiloqramlıq aviabomba aşkar edilib.

Moderator.az xəbər verir ki, bu barədə “Postimees” qəzeti məlumat yayıb.

Bildirilir ki, həyəcan mərkəzinə meşədə gəzən şəxsin böyük partlayıcı qurğu tapması barədə məlumat daxil olub.

Hadisə yerinə gələn bomba zərərsizləşdirilməsi mütəxəssisləri bunun aviabomba olduğunu müəyyən ediblər. Hesabatda sursatın hansı ölkədə və nə vaxt istehsal olunduğu qeyd olunmayıb. Bomba zərərsizləşdirilməsi üzrə mütəxəssislər onu məhv etmək niyyətindədirlər.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru