Bu gün Günəşdə ard-arda iki partlayış baş verib

4-11-2025, 00:08           
Bu gün Günəşdə ard-arda iki partlayış baş verib
Bu gün Günəşdə rentgen diapazonunda M5.0 və M1.6 gücündə iki partlayış qeydə alınıb.

TEREF xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Tətbiqi Geofizika İnstitutu məlumat yayıb.

“3 noyabr saat 13:11-də (Bakı vaxtı ilə 14:11 ) rentgen diapazonunda 60 dəqiqə davam edən M5.0 (N22E84) partlayış, saat 12:25-də (Bakı vaxtı ilə 13:25-də) isə 61 dəqiqə davam edən M1.6 (N26E82) partlayışı qeydə alınıb”, – deyə məlumatda qeyd olunur.

Qeyd edək ki, Günəş alışmaları rentgen şüalanmasının gücünə görə beş sinfə – A, B, C, M və X siniflərinə bölünür. A ən zəif, X isə ən güclü partlayış sinfi hesab olunur./Milli.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru