Hərbi-nəqliyyat təyyarəsi qəzaya uğrayıb

6-11-2025, 10:34           
Hərbi-nəqliyyat təyyarəsi qəzaya uğrayıb
Sudanın Babanus şəhəri yaxınlığında hərbi-nəqliyyat təyyarəsi qəzaya düşüb.

Sudan Tribune qəzeti xəbər verir ki, qəzanın səbəbi texniki nasazlıq olub. Təyyarə yük daşıma missiyasını başa vurduqdan sonra hava gəmisinin sağ qanadında qəfil nasazlıq yaranıb.

Nəticədə hava gəmisi idarəetməni itirərək alışıb və yerə çırpılıb. Qəza nəticəsində bütün ekipaj üzvləri həlak olub. Hadisə ilə bağlı araşdırma aparılır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru