ABŞ-də seçkidə ağlagəlməz hadisə: Namizəd qələbə qazanmamışdan bir neçə saat əvvəl öldü

8-11-2025, 11:37           
ABŞ-də seçkidə ağlagəlməz hadisə:
ABŞ-də Obern-Hilz Şəhər Şurasına üzv seçilmiş Qreq Uellett səslərin hesablanması zamanı ürəktutmadan vəfat edib.

Oxu.Az "New York Post" nəşrinə istinadən xəbər verir ki, şəhər rəsmiləri seçki məntəqələri bağlandıqdan sonra onun ölümünü elan ediblər.

Xəbərdə bildirilir ki, bu, onun 2023-cü ildə məğlub olduqdan sonra şəhər şurasına namizəd olmaq üçün ikinci cəhdi idi.

Uellett noyabrın 17-də şəhər şurasına seçilməsi ilə bağlı andiçmə mərasiminə qatılmalı imiş. Şuranın iclasında hörmət əlaməti olaraq, qalib namizədin yerini boş qoyacaqlar.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru