20 milyon dollarlıq avtomobil satışa çıxarılacaq 9-11-2025, 11:18 "RM Sotheby's" hərrac evi nadir avtomobili satışa çıxaracaq.Oxu.Az xəbər verir ki, bu barədə hərrac evinin saytında elan yerləşdirilib.Məlumata görə, hərrac noyabrın 22-də Las-Veqasda keçiriləcək "Formula-1" Qran-prisinə həsr olunacaq.Satışa çıxarılacaq GMSV S1 LM superkarı sanki əfsanəvi "McLaren F1"in yeni versiyasıdır. Hər iki modelin yaradıcısı Qordon Mürreydir.Avtomobildən cəmi 5 ədəd yığılacaq. Onun ilkin qiymətinin 20 milyon dollardan çox olacağı gözlənilir.Kupe unikal karbon lifli kuzova, 4.3 litrlik V12 700 at gücü olan mühərrikə malikdir. Avtomobilin çəkisi 957 kiloqramdır. Facebook-da paylaş