Hind okeanında yüzlərlə miqrant itkin düşüb

10-11-2025, 09:24           
Hind okeanında yüzlərlə miqrant itkin düşüb
Malayziya və Tailand sərhədində miqrantlarla dolu gəmi batıb, yüzlərlə insan itkin düşüb.

Bu barədə "Reuters" agentliyi məlumat yayıb.

Qeyd olunub ki, bir aydan çoxdur, Myanmadan böyük bir gəmi ilə yola çıxan təxminən 300 nəfər Malayziya sərhədinə yaxınlaşdıqda onları hər biri təxminən 100 nəfər tutan üç kiçik qayığa keçiriblər. Bu yolla miqrantların sahil mühafizəsi tərəfindən aşkar edilməsinin qarşısı alınmalı idi.

Malayziyanın müvafiq qurumundan bildirilib ki, həmin qayıqlardan biri noyabrın 6-da batıb. Üç gün sonra yeni zərərçəkənlər barədə məlumat yayılıb. Xilasedicilər sağ qalan on nəfəri tapıblar. Digər iki qayığın taleyi hələ də məlum deyil. Axtarış-xilasetmə əməliyyatı davam edir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru