Həkimlər təəccüb içində: ABŞ-də beyinsiz doğulan qız proqnozlara baxmayaraq, 20 yaşına çatdı

11-11-2025, 10:37           
Həkimlər təəccüb içində: ABŞ-də beyinsiz doğulan qız proqnozlara baxmayaraq, 20 yaşına çatdı
ABŞ-də beyinsiz doğulan xəstə 20 yaşına çataraq rekord vurub və həkimləri təəccübləndirib.

Oxu.Az xəbər verir ki, bu barədə "People" məlumat yayıb.

Omahada (Nebraska ştatı) 2005-ci ildə hidranensefaliya diaqnozu ilə doğulan Aleks Simpson həkimlərin proqnozlarına baxmayaraq, bu payızda 20 yaşını qeyd edib - əvvəlcə onun cəmi dörd il yaşayacağı proqnozlaşdırılmışdı.

Valideynlər qızlarını "döyüşçü", onun həyatını isə "möcüzə" adlandırırlar və bu nadir halı sevgi və imanın gücü ilə izah edirlər. Yaxınlarının sözlərinə görə, qız görmək və eşitmək qabiliyyətinə malik olmasa da, doğmalarının varlığını hiss edə və onların emosional vəziyyətinə reaksiya verə bilir.

Statistika göstərir ki, hidranensefaliya 5-10 min hamiləliyin birində rast gəlinir və adətən həyatın ilk ilində ölümlə nəticələnir.
















Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru