Ev heyvanının sahibinə sədaqəti: Hindistanda it yeniyetməni bəbirin caynağından xilas etdi

11-11-2025, 12:18           
Ev heyvanının sahibinə sədaqəti: Hindistanda it yeniyetməni bəbirin caynağından xilas etdi
Hindistan kəndlərinin birində baş verən hadisə ev heyvanının sahibinə sədaqətini bir daha nümayiş etdirib.

"The Times of India" nəşri xəbər verir ki, 13 yaşlı yeniyetmə məktəbdən qayıdarkən, kolların arasından çıxan bəbir ona hücum edib.

Məktəbli yıxılıb, amma iti onu müdafiə etməyə qaçıb. Cəsur ev heyvanı yırtıcıya müqavimət göstərib və bəbiri qovmağı bacarıb.

Məktəbli dəhşətli hadisədən yüngül xəsarətlərlə xilas olub.

Yerli rəsmilər faktı təsdiqləyiblər. Bildirilib ki, hadisədən sonra bəbirin tutulması üçün ərazidə xüsusi qəfəslər quraşdırılıb.

Ərazidə patrul xidməti də gücləndirilib. Sakinlərə axşamlar evdə qalmaları tövsiyə olunub.

Bundan əlavə, məktəblərdə təhlükəsizlik texnikası üzrə xüsusi təlimlərin keçirilməsi də planlaşdırılır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru