"Tozlu güzgü"nü silən tayvanlı aləmi bir-birinə qatdı: Muzeydə böyük qalmaqal

11-11-2025, 16:08           
"Tozlu güzgü"nü silən tayvanlı aləmi bir-birinə qatdı: Muzeydə böyük qalmaqal
Tayvanda bir muzeydə baş verən hadisə böyük qalmaqala səbəb olub.

Oxu.Az "Metro" nəşrinə istinadən xəbər verir ki, muzeydə təmizlik işçisi müasir rəssam Çyen Sunçjinin əsərini korlayıb.

Məlum olub ki, ictimai əsaslarla muzeydə təmizlik işlərinə qoşulan şəxs rəsm əsərinin çirkli güzgü olduğunu düşünüb və şəkili möhkəm silib.

Bildirilir ki, rəssamlıq mərkəzindəki əsərdə toz və ləkə baxımsızlıq əlaməti deyil, mədəni şüuru və itmiş xatirələri simvolizə edən əsas elementlər olub.

Mütəxəssislərin səylərinə baxmayaraq, rəsm əsərini tozlu görkəminə tam qaytarmaq mümkün olmayıb.

Muzey rəhbərliyi rəssamdan üzr istəyib, dəymiş ziyanın ödənilməsi məsələsi müzakirə olunur.

Baş verən qalmaqal həm hüquqi, həm də fəlsəfi müzakirələrə səbəb olub.

Hüquqşünaslar qeyd ediblər ki, baş verən hadisə hüquqi baxımdan maddi ziyan sayılmaya bilər.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru