Çində buddistlərin vəhşi təbiətə buraxdıqları pişiklərin çoxu suda boğulub: İctimai etirazlar böyüyür
11-11-2025, 17:18
Çinli fəal buddistlər kəsilməsi nəzərdə tutulan 1100-ə yaxın pişiyi satın alıblar.
SCMP xəbər verir ki, heyvanlar Qaundun əyalətindəki İntszuy su anbarına gətirilərək mərhəmət əlaməti olaraq, vəhşi təbiətə buraxılıb.
Lakin xoşniyyətli təşəbbüsün sonu yaxşı qurtarmayıb. Naməlum mühitə düşən pişiklərin çoxu suda boğulub. Yerli könüllülər sağ qalan heyvanları xilas etmək vəzifəsini öz üzərlərinə götürüblər.