Hindistanda pələng üç nəfəri parçalayıb

12-11-2025, 15:07           
Hindistanda pələng üç nəfəri parçalayıb
Hindistandakı meşə mühafizəçiləri Karnataka ştatının bir neçə kəndində iki həftə ərzində üç nəfəri parçalayan pələngi ələ keçiriblər.

Oxu.Az xəbər verir ki, bu barədə "The Indian Express" məlumat yayıb.

Nəşrin məlumatına görə, pələng artıq yaşlı olduğundan otyeyən heyvanları ovlaya bilməyib və buna görə insanlara hücum etməyə başlayıb.

Yırtıcının 13 yaşı var və dişləri sıradan çıxıb. O, kəndlərə daxil olaraq həm insanlara, həm də mal-qaraya hücum edib.

Onun son qurbanı Bandipur Vəhşi Təbiət Qoruğunun yaxınlığında yaşayan 35 yaşlı kənd sakini olub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru