Ekofəallar Venesiya sularını yaşıla boyadılar

23-11-2025, 09:59           
Ekofəallar Venesiya sularını yaşıla boyadılar
"Extinction Rebellion" ətraf mühit hərəkatının fəalları Venesiyada daha bir etiraz aksiyası keçirərək, Böyük Kanala boya töküb və suyu parlaq yaşıl rəngə boyayıblar.

Oxu.Az xəbər verir ki, bu barədə ANSA məlumat verib.

Məlumata görə, Rialto körpüsündəki etiraz aksiyasında isveçli ətraf mühit fəalı Qreta Thunberq də iştirak edib.

Veneto regional qubernatoru Luka Dzaya hadisəni pisləyərək, onu şəhərin mədəni irsinə daha bir hücum adlandırıb. Onun sözlərinə görə, bu cür hərəkətlər ətraf mühitin qorunmasına kömək etmir, əksinə ona mənfi təsir edir və Venesiyaya zərər verir, təmizləmə işlərini məcburi edir.

Bildirilir ki, polis bir neçə etirazçını tutub, onların musiqi alətlərini və bannerlərini müsadirə edib.

Xatırladaq ki, bu, Venesiyada baş verən ilk belə hadisə deyil. Oxşar aksiya 2023-cü ilin may ayında da baş verib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru