Nərimanovda ev yandı – Xəsarət alanlar var – Video

25-11-2025, 12:38           
Nərimanovda ev yandı – Xəsarət alanlar var – Video
Paytaxtın Nərimanov rayonu, 2-ci Şimal küçəsində fərdi yaşayış evində yanğın baş verib.
Bu barədə Fövqəladə Hallar Nazirliyindən (FHN) yayılan məlumata görə, Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri dərhal əraziyə cəlb olunub.
Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində ümumi sahəsi 900 kv. metrlik ikimərtəbəli evdə baş vermiş yanğın qısa müddətdə söndürülüb.
Yanğın nəticəsində fərdi yaşayış evinin dam örtüyü yanıb.
Hadisə nəticəsində 2 nəfər müxtəlif dərəcəli yanıq xəsarətləri alıb.
Evin qalan hissəsi və bitişik evlər yanğından mühafizə olunub.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru