Zaxarovadan uşaqlığı ilə bağlı etiraf

26-11-2025, 08:08           
Zaxarovadan uşaqlığı ilə bağlı etiraf
Şeir mənim ifadə edə bilmədiyi emosiyaları azad etməyə kömək edir.

Bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bildirib.

O, “Milis dalğası” radiostansiyasına müsahibəsində vurğulayıb ki, yaradıcılıq fəaliyyəti ona həm hisslərini, həm də düşüncələrini daha sərbəst şəkildə ifadə etməyə imkan verir.

Zaxarova uşaq yaşlarında yazdığı və “Sülh dünyanın ən vacib sözüdür. Bütün böyüklər və uşaqlar sülh istəyir” misralarının yer aldığı şeirlə müsabiqədə iştirak etdiyini də xatırladıb.

O, zarafatla əlavə edib ki, diplomatik karyerasının başlanğıcı sanki həmin uşaq şeirlərində özünü göstərirmiş./globalinfo.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru