Rusiyada raket bazasının ərazisində partlayış baş verib

29-11-2025, 08:34           
Rusiyada raket bazasının ərazisində partlayış baş verib
Orenburq vilayətində raket bazasının ərazisində partlayış baş verib, bundan sonra göydə bənövşəyi rəngli tüstü buludu yaranıb.

Sitat.info xəbər verir ki, bu haqda “ArbatMedia” məlumat yayıb.
Məlumata görə, Yasnıy şəhərinin sakinləri bildiriblər ki, tüstü görünməzdən əvvəl güclü partlayış səsi eşidilib. Sakinlər bildirib ki, buna buraxılmış raketin havada partlaması səbəb olub.

Birləşmiş növbətçi-dispetçer xidməti əhalinin təxliyəsinə ehtiyac olmadığını açıqlayıb. Qurum insanların həyatına təhlükə olmadığını bildirib və əlavə məlumat üçün Müdafiə Nazirliyinə müraciət etməyi tövsiyə edib.

Federal qurumlardan rəsmi açıqlamalar hələlik dərc olunmayıb.

Yasnıy şəhəri Rusiyada strateji raket qoşunlarının yerləşdiyi azsaylı yerlərdən biridir. Burada uzaq mənzilli, o cümlədən nüvə başlıqları ilə təchiz oluna bilən raketlərin buraxılışı mümkündür.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru