Ukrayna "Yaşamaq istəyirəm" humanitar layihəsi çərçivəsində Rusiya vətəndaşı olan 30 mülki şəxsi bu ölkəyə təhvil verib. "RBK Ukrayna"nın verdiyi məlumata görə, bu barədə layihənin sosial şəbəkə səhifəsində bildirilib.
Məlumata əsasən, 30 mülki şəxsdən 14-ü dünən, 16-sı isə bu gün Rusiyaya qaytarılıb.