Qadının qaraciyərində nadir şiş aşkarlandı- İçində diş olub

29-11-2025, 15:24           
Qadının qaraciyərində nadir şiş aşkarlandı- İçində diş olub
36 yaşlı bir qadının qaraciyərində nadir şiş, içində diş elementi ilə birlikdə aşkar edilib. Azpost.info xəbər verir ki, bu hal dünyada çox nadirdir və yalnız 14 belə xəstə qeydə alınıb.

Sklifosovski adına Tədqiqat İnstitutundan bildirilib ki, bu şiş teratoma adlanır. Teratomada bəzən dişlər əmələ gəlir və şiş çıxarılana qədər xəstə bunun fərqində olmaya bilər. Qadın güclü qarın ağrılarından əziyyət çəkdiyi üçün həkimə müraciət edib və şiş aşkar olunub.

Endoskopik müayinə zamanı qaraciyərin hər iki payında kiçik şişlər tapılıb. Ən böyüyü 2 x 1,5 sm ölçüsündə olub. Həkimlər lazerlə şişləri parçalayaraq çıxarıb və histoloji müayinə nəticəsində diş hüceyrələri aşkar edilib.

Qeyd olunur ki, teratoma adətən yumurtalıqda yaranır və içində yalnız diş deyil, həm də saç və dırnaq elementləri ola bilər.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru