Rusiyada nadir "Zaporojets" avtomobili satılır

1-12-2025, 17:44           
Rusiyada nadir "Zaporojets" avtomobili satılır
Rusiyanın Belqorod vilayətində 1989-cu il istehsalı olan nadir "ZAZ-968MD" avtomobili satışa çıxarılıb.

Rg.ru xəbər verir ki, "Zaporojets" avtomobili sahibinin qarajında 20 ildən çox qalıb və bu müddət ərzində cəmi 21 min kilometr yol qət edib.

MD modifikasiyası xüsusilə əlilliyi olan, məhz bir ayağı zədələnmiş insanlar üçün uyğunlaşdırılıb.

Avtomobildə yalnız bir pedal - mufta var, qaz pedalı əvəzinə sükanın üzərində xüsusi qurğudan istifadə olunur, əyləc isə döşəmə tunelində yerləşən Q-şəkilli ling vasitəsilə idarə edilir.

"Zaporojets" avtomobilini cəmi 110 min rubla (təqribən 2 400 manat - red.) almaq mümkündür.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru