İsrail ordusu zabitlərə “Android”dən istifadə etməyi qadağan etdi

2-12-2025, 10:44           
İsrail ordusu zabitlərə “Android”dən istifadə etməyi qadağan etdi
İsrail ordusu mobil cihazlardan istifadə ilə bağlı sərt yeni qaydalar tətbiq edib.
Tribuna xəbər verir ki, bu barədə “Android Authority” məlumat yayıb.
Bildirilib ki, yeni reqlamentə əsasən, polkovnik-leytenant və ondan yuxarı rütbəli zabitlər rəsmi ünsiyyət üçün yalnız “Apple” smartfonlarından istifadə etməli olacaqlar.
Bu, əvvəllər yalnız polkovniklərdən başlayaraq yüksək rütbəli komanda heyətinə şamil edilən mövcud qadağanın genişləndirilməsidir.
Qərar kibertəhlükəsizliklə bağlı narahatlıqlarla əsaslandırılıb. İsrail Müdafiə Qüvvələrinin komandanlığına əsasən, iOS cihazları təhlükəsizlik yeniləmələrinə daha ciddi nəzarət və mərkəzləşdirilmiş şəkildə idarə etməyə imkan verir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru