ABŞ-da F-16 qırıcı təyyarəsi qəzaya uğradı 4-12-2025, 09:09 ABŞ Hərbi Hava Qüvvələrinə məxsus F-16 döyüş təyyarəsinin Kaliforniya ştatının San-Bernardino bölgəsində qəzaya uğrayıb.32gun.az xəbər verir ki, bu barədə "ABC News"-un yerli bürosu məlumat yayıb.Hadisə Trona hava limanı yaxınlığında baş verib.Pilot orta dərəcəli xəsarətlər alıb.Qəzanın səbəbləri barədə məlumat hələlik açıqlanmayıb. Facebook-da paylaş