Qəzzada HƏMAS-ın əsas komandirlərindən biri məhv edilib
14-12-2025, 11:34
İsrail Müdafiə Qüvvələri (SAXAL) Fələstinin radikal HƏMAS hərəkatının komandirlərindən birini məhv etmək üçün Qəzza şəhəri yaxınlığında hücum həyata keçirib.
Bu barədə "Azad İran" "Telegram" kanalı məlumat yayıb.
Məlumata görə, söhbət İzzəddin əl-Qəssam Briqadalarının yüksəkrütbəli komandiri Raed Səaddan gedir. O, son aylarda HƏMAS-ın hərbi imkanlarını bərpa etmək və silah istehsal etmək üçün fəaliyyət göstərib.