Dünəndən etibarən SEPAH İranın bir neçə şəhərinə ordu hissələri və ağır texnikalar cəmləməyə başlayıb.
Tribuna.az xəbər verir ki, artıq Tehran, Kirmanşah və Şəhri kord şəhərlərində bu hal müşahidə olunub.
Məlumatlara görə, Tehrana əsasən aksiyaları dağıtmaq üçün istifadə olunan NOPO maşınları yerləşdirilib.
Kirmanşahda isə hərbi texniak və xeyli canlı qüvvə şəhər mərkəzinə yerləşdirilib.
SEPAH-ın belə bir addım atmasının konkret səbəbi məlum deyil. Bununla bağlı rəsmi açıqlama da yoxdur. Bəzi müşahidəçilər qeyd edirlər ki, İran rejimi ölkədə etiraz aksiyalarının başlana biləcəyindən ehtiyatlanaraq, bu addımı atırlar.