Avstraliyada ilk dəfə suiti quş qripinə yoluxdu

Bu gün, 16:38           
Avstraliyada ilk dəfə suiti quş qripinə yoluxdu
Avstraliyanın materik hissəsində ilk dəfə məməli heyvanda H5 quş qripinə yoluxma faktı qeydə alınıb.

"Bloomberg" agentliyi xəbər verir ki, yoluxmuş suiti cəsədi avqustun 19-da Cənubi Avstraliya ştatının paytaxtı Adelaidadan təxminən 300 kilometr məsafədə yerləşən Biçport şəhərində tapılıb.

Laboratoriya analizləri H5 ştamının mövcudluğunu təsdiqləyib.

"Digər vəhşi heyvanların, xüsusilə də dəniz məməlilərinin yoluxması gözlənilməz deyil", - deyə Avstraliyanın kənd təsərrüfatı üzrə federal naziri Culi Kollinz bildirib.

Məlumata görə, Avstraliya hakimiyyəti ilk dəfə iyunun ortalarında Qərbi Avstraliyada köçəri quşda aşkar edilən yüksək patogenli ştamın yayılması ilə mübarizə aparır.

Daha əvvəl H5N1 quş qripi Avstraliyanın ən ucqar ərazilərindən biri olan Herd adasında pinqvinlər və dəniz pişikləri arasında da qeydə alınıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]