Bibər alanı vəzifəyə qoysalar gör nə olar?

Bu gün, 16:14           
Bibər alanı vəzifəyə qoysalar gör nə olar?
Bu yaxınlarda yaxın kəndlərin birinə toya getmişdim.Toy da nə toy.Bildiyiniz kənd toylarının əlasından.Yeyib- içməyin şirin vaxtında camaatın əksəriyyətinin ayağa durub,toya təzə gəlmiş bir kişi ilə görüşməyə yüyürdüyünü gördüm.50-yə yaxın kişi toya gələn qonağı nətəhər marça-marçla öpürdülərsə,kişi bilmirdi necə canını qutarsın.Bizimlə bir masada oturan xalamın yeznəsi Dadaş narahat-narahat dedi:
-Yaxşı olmadı kişi ilə görüşmədim.
O adam kimdir ki,deyə soruşdum.
-Bibər alandı,bibər alan.Görüşmədim,bizim bibərimizi almayacaq.
Bir azdan Dadaş yeznəyə zəng gəldi:
-Ayə,ay Dadaş qudurmusan,nöş gəlib mənimlə görüşmədin.Bibəri kimə satacaqsan?
Fikirləşirəm kişidəki iddiyaya bax , kim təzimə gəlib kim gəlməyib hamısını bilir.Unutsa yanında fırlanan kisə ağzı açanı,kisə bağlayanı,maşın yuyanı,kisə paylayanı kimi bir sürü personal yandomcası yadına salacaq.
Bizimlə bir masada oturan kənd camaatından millət vəkilimizin kim olduğunun soruşdum.
Vallah heç kim millət vəkilimizin adını bilmədi.
Bibəralan kişinin adını soruşdum.Öz stolumuzda əyləşənlər bir yana,qonşu stullarda oturanlar üstümə çımxırdılar.
-Ayə yavaş soruş.kişidən ayıbdı.sən bibər alan Faiqi tanımırsanmı?
İndiki vəzifə sahiblərinin özlərini göylə aparmağını görüb fikirləşirəm ki,bu bibər alanı vəzifəyə qoysalar gör nə olar?
Aqşin Dadaşoğlu












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]