Təyyarədə sərnişinlər arasında dava: Təcili eniş edildi

28-05-2017, 16:50           
Təyyarədə sərnişinlər arasında dava: Təcili eniş edildi
Rusiyanın Moskva şəhərindən Türkiyənin Dalaman şəhərinə uçan təyyarə Krasnodarda təcili eniş edib.

TASS xəbər verir ki, təcili enişə səbəb iki sərnişin arasında baş verən dava olub.

"Bu gün saat 05:30-da Moskvadan Türkiyənin Dalaman şəhərinə uçan təyyarə təcili eniş edib. Təyyarədən mübahisə edən 2 sərnişin çıxarılıb. Sonradan məlum oldu ki, sərnişinlərdən biri sərxoş olub", - məlumatda bildirilib.

Faktla bağlı araşdırma aparılır.

Cebhe.info












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru