Bakıda sürücü gənc oğlanı vuraraq hadisə yerindən uzaqlaşıb

17-06-2017, 08:47           
Bakıda sürücü gənc oğlanı vuraraq hadisə yerindən uzaqlaşıb
Bakıda 24 yaşlı gəncin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
"Report"un məlumatına görə, hadisə Sabunçu rayonunda qeydə alınıb.
Zabrat qəsəbəsində 1993-cü il təvəllüdlü Eyyubov Tofiq Ramiz oğlu yolu keçmək istəyərkən minik avtomobili tərəfindən vurulub. Nəticədə o, kəllə-beyin travması və ayaqlarından sınıq xəsarətləri alıb. T.Eyyubov xəstəxanaya yerləşdirilib. Həkimlər onun vəziyyətini ağır kimi qiymətləndirir.
Qeyd edək ki, piyadanı vurmuş sürücü hadisə yerindən yayınıb.
Fakt Sabunçu Rayon Polis İdarəsində araşdırılır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru