Çindən ABŞ-a xəbərdarlıq

3-07-2017, 12:51           
Çindən ABŞ-a xəbərdarlıq
Çin Cənubi Çin dənizində mübahisəli ada yaxınlığında ABŞ hərbi gəmisinin görünməsini pisləyib, bunu «ciddi provokasiya» adlandırıb.

İyulun 2-də «USS Stethem» esminesi Triton adasının 12 dəniz mili məsafəsinə yaxınlaşıb. Bu ada Cənubi Çin dənizindəki Parasel adalarının bir hissəsidir. Çin, Tayvan və Vyetnam bu adayla bağlı ərazi iddiaları irəli sürür.

ABŞ rəsmilərinin sözlərinə görə, adaya yaxınlaşmaqla Birləşmiş Ştatlar ərazi iddialarını tanımadığını sərgiləyib.

12 dəniz mili beynəlxalq miqyasda tanınan sərhəd limitini nümayiş etdirir.

Çin Xarici İşlər Nazirliyinin sözçüsü Lu Kang deyib ki, ABŞ-ın əməliyyatı Çinin suverenliyini, sülh və təhlükəsizliyi pozub.

«Çin tərəfi milli suverenliyi və təhlükəsizliyi qorumaqdan ötrü gərəkən addımları atacaq», – Lu deyib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru