Vergilər Naziriliyindən Hacı İbrahimlə bağlı açıqlama

24-07-2015, 12:55           
Vergilər Naziriliyindən Hacı İbrahimlə bağlı açıqlama
“Avesta Konserni” MMC-nin Azərbaycan Vergilər Nazirliyi və Bakı şəhər vergilər departamentini məhkəməyə verməsi məsələsinə rəsmi münasibət bildirilib.
teref.az yazır ki, Nazirliyin mətbuat xidmətindən “Report”a verilən məlumatda bildirilib ki, “Avesta Konserni” MMC ona hesablanmış torpaq vergisini məhkəmədə mübahisələndirib və hazırda məhkəmə çəkişməsi davam edir.

Xatırladaq ki, “Avesta Konserni” MMC vergi borcunun ləğv edilməsi barədə nazirliyə və Bakı şəhər vergilər departamentinə qarşı iddia qaldırıb. 2 saylı Bakı İnzibati-İqtisad Məhkəməsi iddianı təmin etməyib. Bakı Apellyasiya Məhkəməsi 2 saylı Bakı İnzibati-İqtisad Məhkəməsinin qəbul etdiyi aktı qismən ləğv edib və yeni qərar qəbul edib. Hazırda işə Azərbaycanın Ali Məhkəməsində baxılır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru