Rusiya sərhədçiləri Azərbaycana keçib atəş açdı

29-07-2015, 21:20           
Rusiya sərhədçiləri Azərbaycana keçib atəş açdı
İyulun 27-də saat 02:30-da Rusiya sərhədçiləri Qafqaz dağ keçiləri sürüsünə atəş açıb, Azərbaycanın İlisu qoruğunda bir neçə heyvanı öldürüb.

Bu zaman sərhədçilərdən biri Rusiya-Azərbaycan sərhədində trianqulyasiya nişanının (dağın zirvəsində metal piramida) yanında keşik çəkirdi, dörd atlı əsgər isə Azərbaycan ərazisinə daxil olub və vəhşi heyvanlara atəş açıb. Daha sonra onlar cəld bir şəkildə ölmüş dağkeçilərinin yanına düşüblər. Bir neçə böyük ət parçası kəsərək sürətlə Rusiya tərəfə keçiblər.

Bu barədə "Turan" agentliyinə sərhəd İlisu kəndində olan blogger Kamal Əli bildirib.

O, yerli sakinlərə istinadən bildirib ki, Azərbaycan tərəfə qanunsuz keçmə və İlisu qoruğu ərazisində brakonyerlik halları nadir deyil. Həm də Rusiya sərhədçiləri apara biləcəklərindən daha çox heyvan öldürürlər.

Azərbaycan sərhəd qarovulu İlisu kəndində, sərhəd xəttindən uzaqda yerləşir. Bu da rusların özlərini hətta Azərbaycan qoruğunda ev sahibi kimi hiss etməsinə imkan verir.

Faktla bağlı Azərbaycan Sərhəd Xidmətindən şərh almaq mümkün olmayıb.

İlisu dövlət təbiət qoruğu 1987-c ildə Azərbaycanın Dağıstan ərazisi ilə həmsərhəd olan Qax rayonunda yaradılıb. Qoruğun ərazisi 17 381 hektardır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru