Şortikdə gəl 20% endirim əldə et- Mağazada şok aksiya

30-07-2015, 11:24           
Şortikdə gəl 20% endirim əldə et- Mağazada şok aksiya
“Kontakt Home” elektron məişət məhsulları mağazası maraqlı aksiyaya start verib.

Axar.az xəbər verir ki, yeni aksiyaya əsasən, mağazaya şortiklə gələn müştərilərin alacaqları mallara 20 faiz endirim ediləcək.

Kampaniyanın müddəti 30 iyul tarixindən 10 avqusta qədər davam edəcək. Mağaza məhsullarını “Şortiklə gəl, 20% endirim qazan " şüarı ilə satışa çıxarıb.

Xatırladaq ki, bir müddət öncə Novxanıda çimərlik kənarında fəaliyyət göstərən istirahət mərkəzləri müştərilərə şortiklə daxil olmağa yasaq qoymuşdu. Müasir Müsavat Partiyasının sədri isə Hafiz Hacıyev şortik geyməyin kişiyə yaraşmadığını və belələrinin üstünə kislota tökülməsinin vacib olduğunu demişdi. Bunun ardınca sosial şəbəkədə şortik geyinənlərin fləşmobunun keçiriləcəyi ilə bağlı event yaradılmışdı və bu eventə məşhurlar da qoşulmuşdu.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru