Erməni hərbçilərin maşını qəzaya düşdü - Yaralılar var

28-10-2017, 19:33           
Erməni hərbçilərin maşını qəzaya düşdü - Yaralılar var
Ermənistanın Müdafiə Nazirliyinə məxsus "ZİL" markalı avtomobil Sünik vilayətində qəza törədib.

AzVision.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bu gün saat 11:00 radələrində Qafan-Mehri yolunun Lick kəndinin inzibati ərazisində orduya məxsus "ZİL" hərbi maşını "Mercedes" markalı avtomobillə toqquşub.

Qəza nəticəsində 4 nəfər xəsarət alıb. Yaralılar "Mehri" tibb mərkəzinə aparılıb. Hazırda sürücü və yaralıların kimliyi dəqiqləşdirilir.

Faktla bağlı araşdırma aparılır.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru