İspaniyalı məşhur jurnalist Edu Aguirre Argentina millisinin Misir üzərində qələbəsindən sonra nələr yazdı?
Bu gün, 11:18

İspaniyalı məşhur jurnalist Edu Aguirre Argentina millisinin Misir üzərində qələbəsindən sonra:
“Düşünürəm ki, məsələ təkcə bir epizoddan ibarət deyil. Bəli, ilk epizodda qayda pozuntusu var idi. Rəqibin ayağına basıldı və VAR müdaxilə etməli idi.
Amma bütün dünya yanılır deyə bilmərik. Məncə, hər şey ilk oyunda Messinin aşkar qırmızı vərəqəlik epizodu ilə başladı. VAR müdaxilə etmədi və hakim həmin görüntünü Messiyə göstərmədi.
Daha sonra isə FIFA prezidenti Gianni Infantinonun açıqlamaları gəldi. O, Argentina ilə bağlı simpatiyasından danışdı. Yəni insanlar səbəbsiz yerə etiraz etmirlər.
Əminəm ki, bu qol onların xeyrinə vurulsaydı, VAR müdaxilə etməzdi. Ona görə də söhbət təkcə bir epizoddan getmir. Bu, müxtəlif oyunlarda baş verən bir çox qərarların cəmidir. Bütün bunlar Argentinanın finala yüksəlməsinə xidmət edir. Onlar da bunu istəyirlər.
Bu, faktdır! İndi görəcəyimiz də budur. İnsanlar artıq bundan beziblər. Onlar sadəcə hamıya eyni münasibətin göstərilməsini istəyirlər. Təəssüf ki, hazırda bunu görmürük.
Düşünürəm ki, fikirlərimə görə Argentinada heç kim inciməz — hərçənd ümid edirəm ki, Argentinada bizi çox adam izləmir... Düşünürəm ki, argentinalılar komandalarını bir az şişirdirlər.
Misiri son dəqiqədə və mübahisəli epizodlarla məğlub etdilər. Kabo-Verde ilə oyunda isə az qala əlavə vaxta gedəcəkdilər. İndi sinələrini qabağa verib Fransa ilə, yaxud İspaniya ilə qarşılaşmaq istədiklərini deyirlər. Amma məncə, Argentina o qədər də yaxşı oynamır.
Bunu tam ciddi deyirəm. Argentina yaxşı futbol nümayiş etdirmir. Kabo-Verdeni çətinliklə keçdi, Misiri də hamımızın gördüyü şəkildə məğlub etdi. İndi isə Fransa ilə oynamaq istəyirlər? Gəlin... İspaniyanı istəyirlər? Yaxşı, görərik.
Mən “İspaniya mütləq qalib gələcək” demirəm. Ola bilər ki, bu gedişlə final Belçika ilə olsun. Bəlkə Belçika İspaniyanı, Mərakeş Fransanı, Norveç Argentinanı sıradan çıxarsın... Yaxud İngiltərə... Bəlkə də final Argentina — Belçika olsun.
Amma mənim fikrim dəyişmir. Düşünürəm ki, Argentina yaxşı oynamır. Qələbə qazanırlar, amma futbol baxımından nə İspaniya, nə də Fransa ilə eyni səviyyədə olduqlarını düşünmürəm!”.
El Chiringuito

