Elmar Vəliyev sakinləri təhqir etdi: “Nə yığışmısınız sizin var-yoxunuzu….”

25-11-2015, 23:56           
Elmar Vəliyev sakinləri təhqir etdi: “Nə yığışmısınız sizin var-yoxunuzu….”
Gəncə ŞİH başçısı Elmar Vəliyev yenidən diqqətləri özünə cəlb edərək biabırçılıqa imza atıb. Bu barədə dosye.org-a etibarlı mənbə məlumat verib. Belə ki, Gəncə şəhərində köhnə Yevlax avtovaqzal ilə üz-üzə yaşayış binaların üzlükləri yenisi ilə əvəzləndiyi ünvana “Burda mənəm Bağdad da kor xəlifə” prinsipi ilə yaşayan Elmar Vəliyev gəlib. İcra başçısı xidməti maşınından düşərkən iş icraçısını yanına çağırıb. Və icraçıdan adını soruşub.
Özünü başçıya təqdim edən Vaqif adlı icraçı başçı tərəfindən nalayıq söyüşlərlə təhqir olunub. Hətda vəziyyət o yerə çatıb ki, ətrafa toplaşan şəhər sakinləridə E. Vəliyevin təhqirinə məruz qalıb. “ Nə toplaşmısınız, sizin var-yoxunuzu……” deyərək vətəndaşların üzərinə hüçüm edib. Başçının bu cür davranışından sonra şəhər sakinləri sakitcə ərazidən uzaqlaşıblar. Dəfələrlə E. Vəliyev sakinləri təhqir edir, onların şəxsiyyətini alçaldan ifadələrlə üzərlərinə hüçüm edir. Əməkdaşımızın lentə aldığı kadırlar yaxın zamanlarda ixtiyarınıza veriləcək. Və biləcəksiniz ki, ölkənin ikinci şəhəri olan Gəncə kimlərin əsarəti altındadır.(dosye.org)
Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]