Rusiya Ukraynaya 12 min cəsədin qalıqlarını təhvil verib
Bu gün, 08:24
Rusiya 2025-ci ilin iyun ayından bəri Ukrayna Silahlı Qüvvələrinin (UAH) 12 mindən çox hərbçisinin qalıqlarını Ukraynaya təhvil verib. Kiyev isə 200-dən çox Rusiya hərbçisinin cəsədini qaytarıb.
Teleqraf xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər naziri Sergey Lavrov mətbuat konfransında bildirib.