Neftçalanın şəhər mərkəzi zibilliyə çevrilib - Sakinlər üfunət qoxusundan şikayətlənir - FOTOLAR

Bu gün, 08:34           
Neftçalanın şəhər mərkəzi zibilliyə çevrilib - Sakinlər üfunət qoxusundan şikayətlənir - FOTOLAR
Neftçala rayonunun mərkəzində, bazar ərazisində məişət tullantılarının yığılması ciddi narazılığa səbəb olub. Sakinlərin bildirdiyinə görə, ərazi artıq zibil poliqonunu xatırladır və ətrafda yayılan üfunət qoxusu gündəlik həyatı dözülməz hala gətirib.

Bizimesr.az bildirir ki, .şəhər mərkəzində yaranan bu antisanitar vəziyyət yalnız pis qoxu ilə məhdudlaşmır. Yerli sakinlər deyir ki, tullantıların vaxtında yığılmaması nəticəsində sahibsiz itlərin sayı artıb, bu isə həm təhlükəsizlik, həm də sanitariya baxımından əlavə risklər yaradır. Onların sözlərinə görə, mövcud vəziyyət müxtəlif xəstəliklərin yayılmasına da zəmin yaradır.

Məsələ burasındadır ki, Neftçala sakinləri məişət tullantılarının yığılması və daşınması üçün hər ay müvafiq ödənişlər edirlər. Lakin buna baxmayaraq, rayonun ən işlək və insanların sıx toplaşdığı bazar ərazisinin bu vəziyyətdə qalması ciddi suallar doğurur.

Sakinlər Neftçala Rayon Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinin rəisi Mehti Miriyevə səslənərək bildirirlər: Rayonun mərkəzində yaranmış bu acınacaqlı mənzərədən qurum rəhbərliyinin xəbəri varmı?

Əgər varsa, bazar ərazisi niyə mütəmadi olaraq təmizlənmir? Əgər yoxdursa, o zaman aidiyyəti əməkdaşlar şəhərin mərkəzi bazar ərazisinə niyə nəzarət etmirlər?

Qeyd edək ki, sözügedən vəziyyətlə bağlı hələlik Neftçala Rayon Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyindən rəsmi münasibət bildirilməyib.

















Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]