Aygün Bəylərin bacısı soyadından imtina etdi – VİDEO

Bu gün, 11:24           
Aygün Bəylərin bacısı soyadından imtina etdi – VİDEO
Mərhum Əməkdar artist Aygün Bəylərin bacısı Zümrüd Hümbətova soyadını dəyişdiyini açıqlayıb.

TEREF axsam.az-a istinadla xəbər verir ki, ifaçılıq fəaliyyəti ilə məşğul olan Zümrüd bu barədə “Qonaqcanlı” verilişində danışıb. O bildirib ki, bundan sonra Zümrüd Aygün adı ilə fəaliyyət göstərəcək:

“Qərarım belədir. Onun musiqilərini yaşatdığım kimi, adını da yaşadacağam: Zümrüd Aygün. Sağ olanda bunu mənə deyirdi. Amma qəbul etmirdim. Düşünürdüm ki, elə yanımda olması bəsdir”.

Zümrüd əlavə edib ki, bu qərarı bacısının xatirəsini yaşatmaq və onun adını gələcək nəsillərə çatdırmaq məqsədilə verib.

Qeyd edək ki, Aygün Bəylər 6 yanvar 2024-cü il tarixində Türkiyədə xərçəngdən vəfat edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru