"Alphabet"in rüblük gəlirləri 120 milyard dollara yaxınlaşıb

Bu gün, 11:18           
"Alphabet"in rüblük gəlirləri 120 milyard dollara yaxınlaşıb
"Google"un ana şirkəti "Alphabet" 2026-cı ilin ikinci rübünə gəlirlərini illik müqayisədə 24% artıraraq 119,8 milyard dollara çatdırıb.

Valyuta.az xəbər verir ki, şirkətin əməliyyat mənfəəti 30% artaraq 40,8 milyard dollar, əməliyyat mənfəət marjası isə 32%-dən 34%-ə yüksəlib.

Rübdə ən yüksək artım "Google Cloud" bölməsində qeydə alınıb. Bu seqmentin gəlirləri 82% artaraq 24,8 milyard dollara, əməliyyat mənfəəti isə 8,8 milyard dollara çatıb. Şirkət bunu korporativ süni intellekt həllərinə və bulud xidmətlərinə artan tələbatla izah edib.

"Google Services" bölməsinin gəlirləri 15% artaraq 94,5 milyard dollara yüksəlib. Axtarış və digər reklam gəlirləri 63,3 milyard dollar, ümumi reklam gəlirləri isə 81,6 milyard dollar təşkil edib. "YouTube"un reklam gəlirləri də 13% artaraq 11,06 milyard dollara çatıb.

Şirkət həmçinin bildirib ki, "Gemini" tətbiqinin aylıq aktiv istifadəçi sayı 950 milyona yüksəlib.

Süni intellekt infrastrukturuna yatırımlar fonunda "Alphabet"in kapital xərcləri 44,9 milyard dollara çatıb və şirkət rüb ərzində 5,9 milyard dollar mənfi sərbəst pul axını qeydə alıb. Bununla yanaşı, "Alphabet" AI infrastrukturunun genişləndirilməsi məqsədilə səhm emissiyası hesabına 49,6 milyard dollar, istiqraz buraxılışı vasitəsilə isə 20,3 milyard dollar vəsait cəlb edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru