Şamaxının xanı Mustafa xanın süfrəsində nələr var idi?

Dünən, 15:14           
Şamaxının xanı Mustafa xanın süfrəsində nələr var idi?
"Qarabağ xanı Avropa adətlərinə nə qədər aşiq idisə, (Şamaxının son xanı) Mustafa xan da o qədər öz qədim adətlərinə aşiq idi. İştirak etdiyim ilk axşam yeməyi idi ki, tam olaraq əsl tatar (türk) üsulu ilə keçirildi. İzah etməyə çalışacam. Xan, General, zabitlər və xanla eyni yaşlarda olan ailə üzvləri bir yerə yığılmışdıq. Bu 3 şəxs xan onlara icazə verənəcən ayaq üstə durdular. Digər hamı isə çadıra daxil olan kimi xalçaya oturmuşduq. Yeməkdən öncə 3 xidmətçi gəldi. Biri əlində gümüş sini və aftafa gətirdi, digəri bir qızıl qabda gülab gətirdi, üçüncü isə bir neçə rəngdə olan pambıq dəsmallar təqdim etdi. Hamımız öz əllərimizi yuyandan sonra xandan və generaldan başlayaraq sırayla əllərimizi gülabla yaşladıq. Daha sonra xidmətçilər əllərində iri padnoslarda daxil oldular. Bunlardan biri xanın, digəri generalın önünə qoyuldu. Digərlərimizə isə 3 nəfərə 1 padnos nisbətində yemək payladılar.
Hər padnos 1 metr diametrə sahib idi və ortasında plov vardı. Plovun bişirilmə üsulu belədir – düyü qaynadılır və qurudulur, daha sonra az odda yenidən qaynadılır və qoyun əti, yağ, qurumuş meyvələr və zəfəran qatılır. Süfrəyə piramida şəklində, 30 santimetrlik hündürlükdə yığılıb gətirilir. Yeməzdən əvvəl sağ əlinin üç barmağını birlikdə plova salaraq fərqli formalara salır, daha sonra əti dişinə çəkir. Çox incə hazırlanan, azca bişmiş çörək (yayma nəzərdə tutulur)bəzən salfetka kimi, bəzən də qaşıq kimi funksiya görür. Yemək yeyəndə də, at üzərində olduğu kimi sol əlini istifadə etmir. Şərqdə bu cür yeməyi daha çox özündənrazılar edirlər. Plovun ətrafında qızarmış bildirçin ətləri və zəfəran, qurudulmuş meyvələr düzülüb. Çaxır yerinə şərbət içirlər – su, bal və qurudulmuş meyvələrdən hazırlanır. Bu içkilər böyük qablarda təqdim edilir və böyük taxta kəfkirlərlə özünə əlavə süzə bilirsən. Xidmətçilər padnosların aparandan sonra yerdə qalanlar özlərinin olur. Yeməkdən sonra əl yuma mərasimi yenidən təkrarlanır və nəzərə alanda ki, barmaqlarımız bayaqdan bizə nə xidmətlər ediblər, bundan imtina edə bilməzdik. Bundan sonra qəlyanlar gətirildi və birindən başqasına ötürüldü."
📌İspan generalı və Qafqaz müharibəsinin iştirakçısı
Xuan Van Halenin (1788–1864) xatirələrindən
Tərcümənin müəllifi: Cavid Ağa
Azərbaycan Tarixi












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru