"İNDART HOLDİNG" və "AZ-LEAD" MMC-nin milyonluq borcu var: Holdinqdə maliyyə böhranı?
Dünən, 12:28

"İNDART HOLDİNG" MMC-nin Milyonluq Vergi Borcu Üzə Çıxdı: Rəhbər Dəyişiklikləri Diqqət Çəkir
Azərbaycanda fəaliyyət göstərən "İNDART HOLDİNG" Məhdud Məsuliyyətli Cəmiyyətinin dövlətə külli miqdarda vergi borcu olduğu məlum olub.
32gun.az-ın əldə etdiyi məlumatla görə, sözügedən holdinqin hazırda ümumi vergi borcu 1 439 094.19 manat təşkil edir.
Hüquqi ünvanı Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Ərəblinski küçəsi, ev 7 ünvanında yerləşən şirkətin nizamnamə kapitalı cəmi 10 manatdır.

21 yanvar 2014-cü il tarixində dövlət qeydiyyatına alınan şirkətin fəaliyyət dövrü ərzində qanuni təmsilçilərinin tez-tez dəyişməsi diqqətdən yayınmır. Şirkət ilk yaradıldığı vaxt qanuni təmsilçisi Sadıxov Zaur Əbülfəz oğlu olsa da, sonrakı illərdə idarəetmədə müxtəlif dəyişikliklər baş verib. Xüsusilə, 2021-ci ilin yanvar ayında rəhbərlik Zaur Sadıxovdan Rüstəmov Rauf Rəhim oğluna keçib.
Lakin rəhbər dəyişikliyi bununla bitməyib; 26 yanvar 2024-cü il tarixində holdinqin qanuni təmsilçiliyi Rauf Rüstəmovdan alınaraq Qurbanov Aqşin Şahin oğluna dövr edilib. Cari ilin aprel ayına olan son məlumatlara görə, Aqşin Qurbanov hələ də şirkətin rəsmi rəhbəri statusunu daşıyır.
Qeyd edək ki, "İndart Holding" MMC-nin qanuni təmsilçisi Aqşin Qurbanovdur. Holdinq Sumqayıt Sənaye Zonasında fəaliyyət göstərən "Az-Lead" MMC (akkumulyatorların təkrar emalı) kimi şirkətləri daxilində birləşdirir. “Az-Lead” MMC-nin nizamnamə kapitalı 100 % “İndart Holding” MMC-yə məxsusdur.
32gun.az xəbər verir ki, “AZ-LEAD” MMC-nin də külli miqdarda vergi borcu var. Bu MMC-nin isə borcu 1409853.22 AZN-dir.

AZ-Lead" şirkətinin nizamnamə kapitalı 3123275 AZN, qanuni təmsilçisi isə FİRAVAN ƏLİYEV YADİGAR OĞLUdur
Holdinqin fəaliyyət sahəsi "Az-Lead" MMC vasitəsilə işlənmiş qurğuşun-turşulu akkumulyatorların təkrar emalıdır.

