Yekun olaraq Azərbaycanda İqtisadiyyat artıq sadəcə yavaşlamır — kiçilməyə başlayıb.

Bu gün, 00:09           
Yekun olaraq Azərbaycanda İqtisadiyyat artıq sadəcə yavaşlamır — kiçilməyə başlayıb.
Biri bizi dinləsin!!!!!
Ölkəmiz iqtisadi olaraq sürətlə geriləyir. Bu hamımızı narahat etməlidir. Adətən belə statuslar yazandan sonra müvafiq vəzifədə olan tələbə yoldaşlarım, sinif yoldaşlarım, qohumlarım, əsgər yoldaşlarım inciyir. Küsürlər.
Amma yazmasam da olmur. Heç kim inciməsin. Azərbaycan bu gedişlə 5 ildən sonra 18-25 yaşlı gənclər üçün tərk edilməsi vacib olan coğrafi məkana çevriləcək.
Ölkəmizdə iqtisadi artım çox zəifdir. 2025-də ÜDM artım cəmi 1.4% olub. Rəsmi hesabatlarda açıq yazılır ki, artımın zəifləməsi neft hasilatının düşməsi ilə bağlıdır. Günlük 25 min barrel neftimiz azalır.
Azərbaycan üçün bu çox vacibdir, çünki, büdcə gəlirlərinin böyük hissəsi neftdən gəlir hesabına formalaşır.
Sənaye demək olar ki, yerində sayır. Sənaye artımı - 0.1% – 0.2% olub. Bu fəlakətdir.
Aqrar sektor da sıradan çıxır – ölkəmizdə kənd təsərrüfatı artımı 1–1.4 faizdir. Bu Afrikada susuz qalan ölkələrin səviyyəsinə düşmək deməkdir.
İndi rəsmi olaraq kağız üzərində infilyasiya 5-6 faizdir. Amma realda vəziyyət daha dəhşətlidir. Real həyatda qiymətlər daha çox hiss olunur. Xüsusilə ərzaq qiymətlərində bahalaşma az qala günbəgün hiss olunur.
Daha dəhşətli rəqəmi də yazım - ÜDM 29.7 milyard manat. Azalma 0.3% . Son illərdə geriləmə davam edir.
Neft-qaz sektoru 1.2 faiz azalıb. Əvəzində qeyri-neft sektoru 0.2 faiz “inkişaf” edib.
Başqa bir rəsmi statistika - İstehlak qiymətləri indeksi - 105.7%. Və Pərakəndə ticarət dövriyyəsi 3.7% faiz artıb. Bu artım əhalinin alıcılıq qabiliyyətinin yüksəlməsi deyil, qiymətlərin bahalaşması və infilyasiya göstərici deməkdir.
Çox zaman ölkədə orta aylıq əmək haqqının artımını qeyd edirlər. Amma artımın yox geriləmənin olduğunu rəsmi rəqəmlə ifadə edə bilərik - Adambaşına ÜDM 2014 cü ildə 7991 dollar, 2025 ci ildə 7413 dollar. 11 ildə nəinki adambaşına düşən ÜDM üzrə inkişaf etmişik, əksinə geriləmişik.
Bəs Cənubi Qafqazda vəziyyət necədir?
Gürcüstan: 6–7 % artım
Ermənistan: 4–5 % artım
Azərbaycan: 1–2%
Yekun olaraq Azərbaycanda İqtisadiyyat artıq sadəcə yavaşlamır — kiçilməyə başlayıb.
Razi Abasbəyli
TEREF












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru