İranda müqəddəsləşdirilən Firuz ən-Nəhavəndi türbəsi - Həzrəti Öməri namaz vaxtı xəncərləyən Sasani generalı olub
Dünən, 16:34

Son zamanlar İslam həmrəyliyi , müsəlman qardaşlığından daha çox nağıllar eşidirik. Xüsusilə quyruğu qapı arasında qalmış iran mollakratiyası belə çağırışlar edirlər.
Bu saxta qardaşlığın olmadığını sübut edən Firuz ən-Nəhavəndinin movzoleyi ilə tanış olun.
Movzoley hazırda rəsmən təmirə bağlanıb, ancaq bura dövlət məmurlarının ziyarət etdiyi, şagirdlərin ekskursiyaya gətirilən ən məhşur məkanlardan biridir.
Bu Firuz kimdir?
Əslən fars olan Firuz İslamı qəbul etməyən, Sasani generalı olub. Bəs islamda rolu nədir ki, adına türbə tikilib?
Dini heç bir xidməti yoxdur. O, Məhəmməd peyğəmbərin qaynatası rəşidi xəlifələrdən 2-ci xəlifə Öməri namaz vaxtı arxadan vurduğu xəncər zərbəsi ilə qətl edərək, Sasanilərin məğlubiyyətinin və İslamın yayılmasının qisasını alıb. Elə bu fakt onun İranda müqəddəsləşdirilməsi üçün yetərli səbəbdir.
2007 ci ildə beynəlxalq İslam təşkilatlarının məcburiyyətindən sonra güya təmirə bağlayıblar. Divardaki "Aişə qancıq", "Ömərə lənət" kimi ifadələri məcburiyyətdən sonra siliblər. Əvəzində "Baba Şücaəddin" yazısını saxlayıblar.
Türbə adında İslam kəliməsi olan İranın "milli qisas" simvoludur. İranı sevən Türkiyəli qardaşlar İranda olanda mütləq ziyarət etsinlər, İsfahanda yerləşir.
1975-ci ildə İranın Milli İrsi siyahısına daxil edilib və İranın Mədəni İrs və Turizm nazirliyi tərəfindən dövlət səviyyəsində qorunur.
Джавид Дамирли
TEREF

