Göyçay Rayon Mərkəzi Xəstəxanasında növbə gözləyən yaşlı qadının halı pisləşərək yerə yıxılıb.
Tribuna.az xəbər verir ki, bunu Elşən Əlisoy adlı şəxs sosial şəbəkə hesabında yazıb. O bildirib ki, xəstəxana əməkdaşlarının laqeyd münasibəti adamı dəhşətə gətirir:
“Orada olan insanların tələbindən sonra qadını yerdən qaldırmaq üçün mühafizə əməkdaşı yaxınlaşıb, lakin ilkin tibbi yardım göstərən olmayıb.
Hadisənin şəklini çəkib, özümü təqdim etdikdən sonra qadın arabaya qoyularaq xəstəxana daxilinə aparıldı.
Göyçay Mərkəzi Rayon Xəstəxanasında növbə sistemi işləmir.
İnsanlar saat 09:00-dan götürdükləri növbə çekləri ilə uzun müddətdir sistemin düzəlməsini gözləyirlər. Yaşlı və xəstə insanlar var.