YAZIÇI ANAR ELÇİBƏY HAQQINDA

Bu gün, 00:06           
YAZIÇI ANAR ELÇİBƏY HAQQINDA
( ANAR. Əsərlər. III cild. Bakı, Nurlan, 2004, səh. 716 ).
Əbülfəz Elçibəy vəfat etdi. Azərbaycanın bəlkə də sonuncu
romantik siyasətçisi idi. Bu cəhətdən onu, doğrudan da,
romantik siyasətçi Məmməd Əmin Rəsulzadəylə müqayisə
etmək olar. Əbülfəzdən sonra gələn cavan siyasətçilər əsasən
praqmatikdirlər. Yəni hakimiyyəti özü-özlüyündə sevirlər –
xalqdan, millətdən, demokratik ideallardan da artıq sevirlər.
Amma onların praqmatikliyi də qüsurludur, çünki praqmatizm
soyuq şüurun məhsuludur, bunların hikkəsi hadisələrə soyuq,
ayıq və oyaq şüurla yanaşmağa imkan vermir. Yəni bu hikkə –
kimisə yıxmaq, kimdənsə qisas almaq, kimdənsə heyf çıxmaq
və yalnız bu cür özünütəsdiq etmək hikkəsi bütün başqa
məqsədlərdən üstündür, demokratik və millətçi ritorika isə
yalnız bu əsas mahiyyəti gizlədən şirmalardır. Elçibəy belə
deyildi. Amal, əqidə, doğrudan da, onun həyatının mənası idi.
Əqidəsi yolunda əzab çəkməyə də hazır idi, xislətində
qisasçılıq da yoxdu. Dünyagörüşünün miqyasları etibarilə
müəyyən hüdudlar çərçivəsində düşünə və fəaliyyət göstərə
bildi, amma sözlərində, əməllərində səmimi idi, dözümlü idi,
mərhəmətli idi. Ətrafındakılar isə onun bu müsbət
cəhətlərindən tam tərs məqsədlərlə istifadə etməyə başladılar...
Allah Əbülfəzə qəni-qəni rəhmət eləsin... Saf insan idi.
Aydın Qasımlı
TEREF












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru