Marketdə 20 qəpiyə satılan yumurta BƏƏ-yə 10 qəpiyə satılıb – Rəsmi

Dünən, 17:36           
Marketdə 20 qəpiyə satılan yumurta BƏƏ-yə 10 qəpiyə satılıb – Rəsmi
Bu ilin ilk 2 ayı ərzində Azərbaycandan xaricə ümumi dəyəri 43,12 min dollar olan 705,6 min ədəd toyuq yumurtası ixrac edilib.
Yeniavaz.com-un açıqlanan rəsmi məlumatlara istinadən verdiyi xəbərə görə, ixrac olunan yumurtanın 1 ədədinin orta gömrük dəyəri 6,1 sent (10,4 qəpik) olub.
Məlumat üçün qeyd edək ki, ixrac olunan yumurtanın hamısı fevral ayında göndərilib. Yanvar ayında Azərbaycandan xarici ölkələrə yumurta ixrac olunmayıb.
Qeyd edək ki, bu ilin fevral ayında ixrac edilən yumurta yalnız Birləşmiş Ərəb Əmirliklərinə göndərilib. Xatırladaq ki, bu ilin fevral ayında Azərbaycanın daxili bazarında 1 ədəd toyuq yumurtasının pərakəndə satış qiyməti 20 qəpikdən baha olub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru