Mersin vilayətinin Mut rayonunun keçmiş bələdiyyə sədrlərindən biri olan Səlahəddin Arslan Gülcan 84 yaşında dünyasını dəyişib.
32gun.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, ir müddətdir müxtəlif sağlamlıq problemləri ilə mübarizə aparan Gülcanın vəfatı həm ailəsi, həm də rayon ictimaiyyəti tərəfindən böyük kədərlə qarşılanıb.
Mərhumun cənazəsi yaşadığı evdən götürülərək Mut Mərkəz məscidinə gətirilib və burada qılınan cənazə namazından sonra şəhər qəbiristanlığında torpağa tapşırılıb. Dəfn mərasimində rayon rəsmiləri, siyasətçilər və çox sayda vətəndaş iştirak edərək keçmiş bələdiyyə sədrinə son borclarını yerinə yetiriblər. Səlahəddin Arslan Gülcan rəhbərlik etdiyi dövrdə rayonda həyata keçirdiyi layihələr və səmimi şəxsiyyəti ilə tanınıb.