“Salyan Aqro Park”ı fermerlərin ödənişini vermir.. Yalçın Camalov subsidiya vermədiyi əsas gətirilir …. VİDEO

Bu gün, 11:18           
“Salyan Aqro Park”ı fermerlərin ödənişini vermir.. Yalçın Camalov subsidiya vermədiyi əsas gətirilir …. VİDEO
Növbəti pambıq əkini başladı,amma onlar hələdə ötən il təhvil verdikləri pambığın pulunu ala bilmirlər. Fermerlər pullarını almaq üçün zavoda gedib gəlməkdən yorulublar.

XALQ xəbər verir ki, söhbət Salyan və Sabrabad rayonlarından olan bir qrup pambıqçıdan gedir. Təsərrüfat sahibləri bildirir ki, Salyan rayonunda yerləşən “Salyan Aqro Park” pambıq emalı zavodu ilə müqavilə əsasında pambıq əkiblər. Toplanan məhsulu hissə -hissə sözügedən müəssisəyə satıblar.

Müqaviləyə əsasən, alınan məhsulun dəyərini 4 ay ərzində ödəməli olan şirkək bu günə qədər sahibkarlara bir qəpik belə verməyib.

Məhsul yetişdirənlər deyir ki, becərmə zamanı əllərində olan vəsaiti də xərcləyiblər ki, pambığı satıb qazanc əldə edəcəklər. Lakin, oktyabrdan bəri pullar ödənilmir.

Qeyd edək ki, Salyan Aqro Park”ın nümayəndəsi bildirir ki,ödənişlərin verilməməsinin əsas səbəbi Aqrar Kredit və İnkişaf Agentliyi tərəfindən subsidiyanın verilməməsidir.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru